Məhdəviyyət mövzuları (51) | Qurani-Kərimdə Məhdəviyyət (üçüncü hissə)

Hövzə/ Qurani-Kərimin bəzi ayələri məzlumların zalımlar üzərində qələbə çalacağına və nəticədə dünyanın layiqli insanların ixtiyarına keçəcəyinə işarə edir.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, “İdeal cəmiyyətə doğru” adlı məhdəviyyət mövzuları silsiləsi həzrət İmam Zaman (ə.f) ilə bağlı təlim və maariflərin yayılması məqsədilə hörmətli ziyalılara təqdim olunur.

Həzrət Məhdi (ə.f) və onun qlobal inqilabı ilə bağlı bəzi ayələr aşağıdakılardır:

İkinci ayə

«وَنُرِيدُ أَنْ نَمُنَّ عَلَى الَّذِينَ اسْتُضْعِفُوا فِي الْأَرْضِ وَنَجْعَلَهُمْ أَئِمَّةً وَنَجْعَلَهُمُ الْوَارِثِينَ»
(Qəsəs, 5-ci ayə)

“Biz o torpaqlarda əzilənlərə (İsrail oğullarına) lütf edərək, onları rəhbərlər və varislər etmək istəyirdik.”

Bu ayə, Nəhcül-Bəlağədə İmam Əlinin (ə) buyuruğuna və digər imamların (ə) nəql olunmuş bir sıra rəvayətlərinə əsasən, məzlumların zalımlara qalib gəlməsinə və nəticədə dünyanın layiqli insanların ixtiyarına keçəcəyinə işarə edir.

Bu ayə heç vaxt yalnız Bəni-İsrailə aid olan məhdud və xüsusi bir proqramdan danışmır. Əksinə, bütün dövrləri və əsrləri əhatə edən ümumi bir ilahi qanunu bəyan edir. Bu, haqqın batilə, imanın isə küfrə qalib gələcəyi barədə verilmiş bir müjdədir.

Bunun daha kamil nümunəsi İslamın zühurundan sonra həzrət Peyğəmbərin (s) və onun səhabələrinin qurduğu hakimiyyət olmuşdur.

Onun ən geniş və kamil nümunəsi isə həzrət Məhdinin (ə.f) vasitəsilə bütün yer üzündə haqq və ədalət hökumətinin qurulması olacaqdır.

Bu ayə həmin hökumətin zühurunu açıq şəkildə müjdələyən ayələrdəndir. Buna görə də Əhli-beyt (ə) bu ayənin təfsirində həmin böyük zühura işarə etmişlər.

İmam Əlidən (ə) Nəhcül-Bəlağədə nəql olunur:

«لَتَعْطِفَنَّ الدُّنْيَا عَلَيْنَا بَعْدَ شِمَاسِهَا عَطْفَ الضَّرُوسِ عَلَى وَلَدِهَا وَتَلَا عَقِيبَ ذَلِكَ: "وَنُرِيدُ أَنْ نَمُنَّ عَلَى الَّذِينَ اسْتُضْعِفُوا فِي الْأَرْضِ وَنَجْعَلَهُمْ أَئِمَّةً وَنَجْعَلَهُمُ الْوَارِثِينَ".»
(Nəhcül-Bəlağə, Hikmət 209)

“Dünya öz inadkarlıq və itaətsizliyindən sonra bizə üz tutacaq. Elə bir dəvə kimi ki, südünü sağana vermir, onu balası üçün saxlayır...” Sonra isə bu ayəni tilavət etdi:

«وَنُرِيدُ أَنْ نَمُنَّ عَلَى الَّذِينَ اسْتُضْعِفُوا فِي الْأَرْضِ...»

Başqa bir hədisdə İmam Əli (ə) həmin ayənin təfsirində buyurur:

«هُمْ آلُ مُحَمَّدٍ يَبْعَثُ اللَّهُ مَهْدِيَّهُمْ بَعْدَ جَهْدِهِمْ فَيُعِزُّهُمْ وَيُذِلُّ عَدُوَّهُمْ.»
(Şeyx Tusi, “Kitabul-Ğeybə”, s. 184)

“Bunlar Ali-Muhəmməddir (s). Allah onların Məhdisini, onlara üz verən çətinlik və təzyiqlərdən sonra göndərəcək, onları izzət sahibi edəcək, düşmənlərini isə zəlil və xar edəcəkdir.”

Bu mövzuların ardı var...

Mənbə: “Dərsnameyi-Məhdəviyyət” kitabından, müəyyən dəyişikliklərlə
 Müəllif: Xudamurad Səlimiyan

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha